BRAZİLİYADA YENİ NÖV AVTOMOBİL YANACAĞI HAZIRLANMIŞDIR
H-biodizel adlanan yeni yanacaq növü neft məhsullarının qıtlığı şəraitində benzinin və spirtli yanacağın əvəzi kimi nəzərdə tutulur. Braziliya Prezidenti Luis İnasiu Lula da Silva iyunun 20-də Kuritiba şəhərində Cənubi Amerikada ekoloji cəhətdən ən təhlükəsiz yanacağı təqdim etmişdir.
Dövlət başçısının sözlərinə görə, ekoloji cəhətdən təhlükəsiz və daha qənaətli yeni yanacaq növünün istehsalı həm də yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Braziliya Prezidenti demişdir: “İndi biz inamla deyə bilərik ki, nefti yerin təkindən çıxarmayıb, onu yetişdirəcəyik.”
H-biodizelin xarakteristikası adi dizel yanacağının parametrləri ilə eynidir, lakin bitki yağları əlavə olunduğundan atmosferi az çirkləndirir və havaya az kükürd buraxır. Onun kütləvi istehsalına bu ilin sonunda başlanacaqdır.
Yeni yanacağın istehsalı Braziliyaya neft məhsulları idxalını 15 faiz, yəni təxminən 250 milyon litr azaltmağa imkan verəcəkdir ki, bu da ildə təxminən 145 milyon dollar deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]