Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib
London, 12 avqust, AZƏRTAC
Böyük Britaniyanın vergi xidməti (HMRC) ilk dəfə olaraq süni intellekt (AI) texnologiyasından istifadə edərək vergiödəyicilərinin sosial şəbəkə paylaşımlarını izlədiyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qurum əməkdaşların maliyyə qeydlərini, xərcləmə vərdişlərini və vergi bəyannamələrini araşdırmaqla yanaşı, internetdəki paylaşımlarını da təhlil edir. Sosial mediada bahalı alış-veriş və ya lüks tətil ilə bağlı paylaşımlar, istifadəçinin imkanlarından artıq xərclədiyini göstərirsə, bu, xüsusi diqqətə səbəb ola bilər.
HMRC sözçüsü isə bildirib ki, sosial media monitorinqi yalnız cinayət təhqiqatlarında, möhkəm təhlükəsizlik təminatları ilə tətbiq olunur. Bununla belə, süni intellekt texnologiyasının inkişafı, gələcəkdə HMRC-nin bu üsulu daha geniş miqyasda tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar yaradır.
Qeyd edək ki, sosial media paylaşımlarının araşdırılması üçün istifadə edilən bu alətlər HMRC-nin gündəlik vergi yoxlamalarında maliyyə məlumatlarını təhlil edən “Connect” adlı ayrıca IT sistemi ilə yanaşı fəaliyyət göstərir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]