Bu gün Avropa Liqasında yarımfinalçılar bəlli olacaq
Bakı, 16 aprel, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq. Görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üçü isə 23:00-da start götürəcək.
Gecənin ilk matçında İspaniya “Selta”sı doğma meydanda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Evdəki birinci qarşılaşmada 3:0 hesablı qələbə qazanan Bundesliqa təmsilçisi növbəti mərhələyə vəsiqənin taleyini, demək olar ki, həll edib.
Eyni fikirləri İngiltərənin “Aston Villa” komandası haqqında da səsləndirmək olar. İtaliyadakı ilk matçda “Bolonya”nı 3:1 hesabı ilə məğlub edən Premyer Liqa klubu yarımfinalın bir addımlığındadır.
Digər oyunlarda Portuqaliya təmsilçilərindən “Braqa” İspaniyada “Real Betis”in, “Portu” isə İngiltərədə “Nottingem Forest”in qonağı olacaq. Bu komandaların ilk duelində 1:1 hesablı heç-heçə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]