Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti mövsüm başlayır
Bakı, 11 avqust, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilir.
AZƏRTAC xəbər verir ki, mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası - Bakının “Neftçi” və Ağdamın “Qarabağ” komandaları qarşılaşacaq.
Baş hakim Əliyar Ağayevin idarə edəcəyi matç “Bakcell Arena”da keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.
Bu klublar bütün milli çempionatlarda iştirak ediblər. Səkkizqat ölkə çempionu olan paytaxt komandası son illər uğursuz çıxış edir. Ağdam təmsilçisi isə ardıcıl dörd mövsüm çempionatın qalibi olub və qızıl medallara yiyələnib.
Qeyd edək ki, ilk turun oyunları üç günü əhatə edəcək. Premyer Liqanın “İnter Arena”da keçiriləcək “İnter” (Bakı) - “Qəbələ” matçı avqustun 12-ə oynanılacaq. “Sumqayıt” - “Kəpəz” və “Zirə” - “Səbail” görüşləri isə bir gün sonra təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]