Bu gün Türkiyə klubları avrokuboklarda cavab oyunlarını keçirəcək
Bakı, 28 avqust, AZƏRTAC
Türkiyənin üç komandası – “Samsunspor”, “Beşiktaş” və “Başakşəhər” avrokuboklarda cavab oyunlarına çıxacaq.
AZƏRTAC xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Samsun klubu səfərdə 1:2 hesabı ilə məğlub olduğu Yunanıstanın “Panatinaikos” kollektivini qəbul edəcək.
Konfrans Liqasında çıxış edən “Beşiktaş” birinci qarşılaşmada qollu heç-heçə (1:1) etdiyi İsveçrə “Lozanna”sı ilə İstanbulda üz-üzə gələcək. Turnirdə digər komanda "Başakşəhər" isə səfərdə Rumıniyanın "Universitatea Krayova” klubunun qonağı olacaq. İlk görüşdə rumınlar qələbəyə seviniblər – 2:1.
“Samsunspor” ilə “Beşiktaş”ın oyunları Bakı vaxtı ilə saat 21:00-da, “Başakşəhər”in görüşü isə 21:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]