Bu gün UEFA Millətlər Liqasının ikinci finalçısı müəyyənləşəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin ikinci görüşündə Belçika və Fransa yığmaları üz-üzə gələcək. Turindəki “Yuventus” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən birinci görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnirdə üçüncü yer uğrunda oyun və final matçı oktyabrın 10-da keçiriləcək.
Xatırladaq ki, UEFA Millətlər Liqası ikinci dəfə təşkil olunur. Bu turnirin ilk qalibi Portuqaliya millisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]