Bu gün yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşəcək
Bakı, 19 noyabr, AZƏRTAC
Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə paytaxt çempionatının ikinci gününün yarışları start götürüb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirin ikinci günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Yarışda 10 çəki dərəcəsi üzrə 55 idmançı mübarizə aparır. Turnirə bu gün yekun vurulacaq.
Qeyd edək ki, yarışın birinci günündə sərbəst güləşçilər arasında qalib və mükafatçılar müəyyənləşib.