Bu ildən məktəblərdə elektron jurnallar tətbiq olunacaq - RƏSMİ VİDEO
Bakı, 12 sentyabr, AZƏRTAC
Bir neçə ildir yalnız ölkə üzrə seçilmiş məktəblərdə tətbiq olunan elektron jurnallar artıq yeni tədris ilindən etibarən Bakı şəhərində bütün ümumi təhsil müəssisələrində istifadəyə verilir. Layihənin məqsədi qiymətləndirmə prosesinin şəffaflığını artırmaq, sənədləşməni rəqəmsallaşdırmaq və valideynlərlə məktəbin əlaqəsini daha da əlçatan etməkdir.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.