BUDAPEŞTDƏ BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNDA ÇIXIŞ ETMİŞ AZƏRBAYCAN İDMANÇILARI İLƏ GÖRÜŞ
Budapeşt, 10 mart (AZƏRTAC). Martın 6-dan 8-dək Budapeştdə bədii gimnastika üzrə Dünya Kuboku keçirilmişdir.
Dünya kubokunda Azərbaycanı Anna Qurbanova və Zeynəb Cavadlı təmsil etmişlər. Bundan əlavə, dünya Kuboku çərçivəsində keçirilən Beynəlxalq turnirdə Azərbaycanın gənclərdən ibarət qrup komandası da çıxış etmişdir.
Dünya Kubokunda Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, həmçinin bu ölkədə yaşayan azərbaycanlılar tamaşaçı qismində iştirak etmiş, idmançılarımızı dəstəkləmişlər.
Yarışdan sonra Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov idmançılarımızla görüşmüş və maraqlı çıxış münasibətilə onları təbrik etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]