Bürünc medal qazanan güləşçi: Ümid edirəm ki, bu, son deyil
Bakı, 29 iyul, AZƏRTAC
Şükürlər olsun ki, medalsız qalmadım. Bura qızıl medal üçün gəlmişdim, amma alınmadı. Bütün məşqçilərimə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu, son deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov (60 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Milli komandanın çıxışını və turnirin nəticələrini dəyərləndirən idmançı hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini vurğulayıb: "Sevindiricidir ki, fiziki və taktiki hazırlığımız yerində idi. Sadəcə qismət belə imiş. Ümid edirəm ki, gələcəkdə daha böyük uğurlar və qızıl medallar qazanacağam".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]