“Cadillac” Azərbaycan Qran-Prisinin qaliblərini Bakıya gətirəcək
Bakı, 26 avqust, AZƏRTAC
“Cadillac” 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirak edəcək heyətini açıqlayıb.
Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, komanda təcrübəli pilotlar, çoxsaylı Qran-Pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi olaraq elan edib.
Onlar birlikdə 527 Qran-Priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.
Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran-Prisinin ikiqat qalibidir. O, “Red Bull Honda” heyətində 2021 və 2023-cü illərdə Bakıda birinci olub. Valtteri Bottas isə 2019-cu ildə “Mercedes” komandasının tərkibində ölkəmizdəki yarışda qalibiyyət əldə edib.
“Cadillac” 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Azərbaycan Qran-Prisi bu il 24–26 sentyabr tarixlərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]