Cammu və Kəşmir regionunun sərhəd bölgələrində əhali təxliyə edilir
Bakı, 7 may, AZƏRTAC
Pakistanla sərhəddə baş verən toqquşmalar fonunda Hindistan Cammu və Kəşmir bölgəsindəki bir neçə rayonu boşaldır.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Mayın 7-də Hindistan Pahalqam hücumunu bəhanə edərək Pakistan ərazisindəki infrastruktur obyektlərinə zərbələr endirib. İslamabad Hindistan ordusunun hücumları nəticəsində azı 24 nəfərin həlak olduğunu, 46 nəfərin isə yaralandığını bildirib.
Bir müddət öncə Pakistanın Baş naziri Şahbaz Şərif Pahalqam hücumunun arxasında İslamabadın dayandığı ilə bağlı Hindistanın ittihamlarını rədd edib. Pakistan Xarici İşlər Nazirliyi isə Dehlinin “ehtiyatsız hərəkətlərinin” nüvə silahına malik iki dövləti böyük müharibəyə yaxınlaşdırdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatını ölkədən çıxarır
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]