CAR-ın “Diplomatic Society” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib
Bakı, 16 dekabr, AZƏRTAC
Cənubi Afrika Respublikasının (CAR) “Diplomatic Society” qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış məqalədə onun keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulması və inkişafı, daxili və xarici siyasətin formalaşması, ötən əsrin 90-cı illərində Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsi, erməni təcavüzünün qarşısının alınması, ölkənin beynəlxalq miqyasda tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verilir.
Məqalədə, həmçinin 2013-cü ildə Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar səfirliyin təşkil etdiyi fotosərgi, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitabların CAR Milli Kitabxanasına təqdim olunması və Azərbaycan-CAR kikboks üzrə turniri barədə məlumatlar da yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]