“Cavanşir-qala” mehmanxana kompleksi gələn il istifadəyə veriləcəkdir
İsmayıllı, 7 fevral (AZƏRTAC). İsmayıllı rayonunun Talıstan kəndi ərazisində 2008-ci ildən inşasına başlanılmış “Cavanşir-qala” mehmanxana kompleksi gələn ildən öz qapılarını turistlərin üzünə açacaqdır. “Cavanşir-qala” turizm potensialı yüksək olan İsmayıllıda bu sahə üzrə həyata keçirilən ən iri layihələrdən biridir. Hazırda layihənin birinci mərhələsi həyata keçirilir.
Mehmanxana kompleksi “Akkord” şirkətlər qrupu tərəfindən “Set Co” MMC-nin layihəsi əsasında inşa olunur. Kompleks 11 mərtəbəli əsas korpusdan, 180 adi və lyuks otaqdan, 500 nəfərlik konfrans mərkəzindən, 2 əsas restorandan, qapalı və açıq hovuzdan, idman zalından, vitamin-bar və digər məişət xidmətləri göstərən obyektlərdən ibarət olacaqdır. Əsas binanın ümumi tikinti sahəsi 20 min kvadratmetrdir.
Layihənin 2-ci mərhələsində əlavə kottec kompleksi, 3 və 4 mərtəbəli istirahət mərkəzləri, idman-sağlamlıq meydançaları, uşaq əyləncə mərkəzləri, açıq teatr, qolf klubu və digər istirahət-xidmət sahələrinin inşası nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]