Cəlilabadda yerli sakin qartal balasını xilas edib VİDEO
Cəlilabad, 29 dekabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda qartal balası tapılıb. Zəifləmiş bu yırtıcı quşu rayon sakini Qorxmaz Cavadov yoldan götürüb və ona ilkin yardım göstərib.
Q.Cavadov AZƏRTAC-a bildirib ki, quşu Salyan rayon ərazisində Cəlilabad istiqamətində hərəkət edərkən yol üzərində görüb və köməksiz olduğu üçün evinə gətirib. O, baytar həkim çağırıb və quşun ciddi zədəsi olmadığı məlum olub. Rayon sakininin sözlərinə görə, tapılanda ayağında ip olması onun kim tərəfindənsə saxlandığını göstərir. Quş hələ ki zəif olduğu üçün yaxşı uça bilmir. Q.Cavadov qartal balasını aidiyyəti qurumlara təhvil verəcəyini deyir. Onun bildirdiyinə görə, qartal saxlamaq üçün onu yaxşı yemləmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]