Cəlilabadın Uzuntəpə kəndində fərdi yaşayış evində yanğın baş verib
Cəlilabad, 23 mart, Bağır Əliyev, AZƏRTAC
Fevralın 23-də günorta saatlarında Cəlilabad rayonunun Uzuntəpə kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülsə də, evin 400 kvadratmetr sahəsi yanıb.
Faktla bağlı araşdırmalar aparılır.