Cənub bölgəsində turizmlə bağlı layihə başa çatmışdır
Lənkəran, 10 fevral (AZƏRTAC). “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi cənub bölgəsində turizmlə bağlı həyata keçirdiyi layihə başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Lənkəran, Cəlilabad, Astara və Lerik rayonlarında bələdçilik, turizm etikası və turizm obyektlərində qeydiyyatçı peşəsi istiqamətlərində adı çəkilən rayonların hər birində 18 nəfər turizm işçisi və bu sahəyə maraq göstərən gənclər arasında iki gün ərzində maarifləndirmə işləri aparılmışdır.
Lənkəran rayonunda keçirilən seminarda isə layihə və onun bölgə üçün əhəmiyyəti, turizm sahəsində problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, bələdçilik, tərcüməçilik və otellərdə qeydiyyatçı xidmətlərinin zəif inkişaf etməsi bölgənin dağ və dəniz turizminin inkişafını gecikdirən amillərdəndir.