“Cənub” ES-də növbəti ağacəkmə aksiyası
Bakı, 22 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, dekabrın 22-də “Azərenerji” ASC Şirvan şəhəri yaxınlığında inşa olunan “Cənub” Elektrik Stansiyasının (ES) ərazisində növbəti ağacəkmə aksiyası keçirmişdir. Aksiya çərçivəsində 500 sərv ağacı əkilmişdir.
“Yaşıllaşdırma proqramı” çərçivəsində cari ildə burada artıq 200-ə yaxın şam və sərv ağacı əkilmişdir. İqlim və torpaq şəraitinə müvafiq olaraq ərazidə Şərq tuyası, söyüd, qarağac, cökə, ağcaqayın, Eldar şamı, Traxakarpus palması, Türküstan qarağacı və qovağı, yasəmən, Avropa zeytunu, Lənkəran akasiyası və s. ağacların əkilməsi daha məqsədəuyğundur. Cari ilin sonunadək ümumilikdə 2 min 700-ə yaxın ağac əkiləcəkdir.
Proqramda tabe müəssisələrin yerləşdiyi ərazilərin iqlimi, torpaq quruluşu və s. nəzərə alınmaqla həmin mühitə uyğun və xas olan bitkilər (ağac, dekorativ və gül kolları) müəyyənləşdirilmiş, eyni zamanda, bunların əkilməsi üçün yararlı və boş sahələr, həmçinin əkiləcək ağacların sayı dəqiqləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]