Cənubi Koreyada “Kanun” qasırğası səbəbindən 10 mindən çox insan təxliyə edilib
Bakı, 10 avqust, AZƏRTAC
Cənubi Koreyada “Kanun” qasırğasının daşqın və torpaq sürüşməsinə səbəb olması nəticəsində 10 mindən çox insan təxliyə edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qasırğa ölkənin cənub-şərq sahillərindən quruya çatdıqdan sonra bəzi bölgələrdə, xüsusilə cənub və şimal sahillərində sel və torpaq sürüşmələri baş verib.
Qasırğa səbəbindən ölkənin 14 hava limanında 355 reys və 412 qatar reysi ləğv edilib, ümumilikdə 490 avtomobil yolu bağlanıb.
Səlahiyyətlilər 10 min 641 nəfərin sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını və ya təhsilin onlayn keçiriləcəyini açıqlayıb.
Digər tərəfdən ölkənin cənub-şərqindəki Daegu şəhərində güclü yağış və külək nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə itkin düşdüyü bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]