Cənubi Qazaxıstan Dövlət Universiteti ADNSU ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru, professor Daria Kojamjarova ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüşdə V.Əskərov ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təhsil sistemi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qazaxıstan ali təhsil müəssisələri ilə əlaqələrin əhəmiyyətini qeyd edən V.Əskərov əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində addımlar atılacağını deyib.
Professor Daria Kojamjarova Cənubi Qazaxıstan Dövlət Universitetinin fəaliyyətindən bəhs edib, ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonra əməkdaşlıq və perspektiv təhsil layihələri ilə bağlı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]