Ceyhun Bayramov: Humanitar yükün gətirilməsi istiqamətində Ermənistan siyasi manipulyasiya xəttini tutub
Bakı, 24 avqust, AZƏRTAC
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasını həzm edə bilməyən Ermənistan hərbi və siyasi təxribatlara əl atır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.
Humanitar yükün gətirilməsi istiqamətində Ermənistanın siyasi manipulyasiya xəttini tutduğunu deyən nazir bildirib: “Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Əgər bir tərəf humanitar yardımı yalnız bir yolla qəbul edib, digər yoldan imtina edirsə, bu, humanitar yardımın siyasiləşdirilməsidir ki, Ermənistan tərəfi belə addım atır”.