Ceyms Şarp: Beynəlxalq forumda səsləndirilən fikirlər çox açıq və səmimi idi
Bakı, 9 aprel, AZƏRTAC
Beynəlxalq forumda səsləndirilən fikirlər çox açıq və səmimi idi. Burada çox maraqlı müzakirələr aparıldı. Azərbaycanın qarşısında duran bütün məsələlər - istər iqtisadiyyat, istər enerji, istər Ermənistanla olan münasibət burada iştirak edən digər dövlətlərlə bölüşüldü.
Bunu Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun iştirakçısı, Xəzər Siyasət Mərkəzinin Məsləhət Şurasının üzvü, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
“Düşünürəm ki, forumun “Yeni dünya nizamına doğru” mövzusunda keçirilməsi hazırkı dövr üçün olduqca aktualdır. Bu gün hər bir ölkə öz xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi şəkildə nəzərdən keçirməlidir”, - deyə Ceyms Şarp bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]