Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və milli komandanın üzvlərinin iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün nəzərdə tutulmuş yeni basketbol lövhəsi istifadəyə verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan ABF-in prezidenti E.Əmrullayev cəza çəkənləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, ən qısa vaxt ərzində bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb. Daha sonra milli komandamızın üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər.
Qeyd edək ki, federasiyanın təşkilatçılığı ilə yaradılmış basketbol lövhəsi məhkumların istirahət vaxtlarının daha səmərəli keçməsi üçün nəzərdə tutulub.