Çadda minanın partlaması nəticəsində 7 əsgər həlak olub
Bakı, 26 mart, AZƏRTAC
Çadda Silahlı cihadçı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində minanın partlaması nəticəsində 7 əsgər həlak olub.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə Çad Prezidenti Mahamat İdriss Deby Itno məlumat verib.
“Paytaxtdan təxminən 200 kilometr şimalda yerləşən Çad gölü əyalətinin Çuku Telia kəndində 7 Çad əsgəri öldürülüb, bir neçəsi yaralanıb”, - deyə Prezident özünün feysbuk səhifəsində qeyd edib.
Bildirilib ki, hərbçilər bu əraziyə baxış keçirirmişlər və yaraqlılar tərəfindən yerləşdirilmiş minanın qurbanı olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]