Çanaqqalanın Güzelyalı bölgəsində meşə yanğını ilə əlaqədar əhali təxliyə olunur
İstanbul, 11 avqust, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Çanaqqala vilayətinin Kepez qəsəbəsi ilə Ayvacık rayonunda tullantı sahəsindən başlayaraq meşəlik əraziyə yayılan yanğınlara havadan və qurudan müdaxilə edilir.
AZƏRTAC xəbər verir ki, Çanaqqalanın Çınarlı bölgəsində baş verən yanğına 9 təyyarə və 10 helikopterlə havadan, 69 texnika və 685 nəfərlik heyətlə isə qurudan müdaxilə olunur.
Yanğın səbəbindən Çanaqqala boğazında gəmilərin, hava limanında təyyarələrin, bəzi magistral yollarda isə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Tüstüdən təsirlənən 47 nəfər xəstəxanalara yerləşdirilib.
Çanaqqala valisi Ömər Toraman “X” hesabında paylaşım edərək, Çanaqqala mərkəz rayonunda yanğının küləyin təsiri ilə sürətlə yayıldığını bildirib. Vali Güzelyalı bölgəsində yaşayan vətəndaşların təxliyəsinə başlanıldığını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]