Çaylarda mövcud vəziyyət araşdırılmışdır
Bakı, 19 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata məlumata görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Böyük Qafqazda 100-200, Kiçik Qafqazda 125-135, Naxçıvan MR çaylarında isə 80-90 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 142 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 80 kubmetrdir.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 579, Şirvanda 478, Salyanda 433, Bankədə 316, Araz çayının Novruzlu məntəqəsində isə 286 santimetrə çatmışdır. Bu isə suyun səviyyəsinin bütün məntəqələrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]