Çaylarda suyun səviyyəsi qalxıb
Bakı, 29 noyabr, AZƏRTAC
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5, Qanıx çayının Əyriçay məntəqəsində isə 31 sm artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının aşağı axınında da suyun səviyyəsinin artdığı müəyyən edilib. Belə ki, suyun səviyyəsində Kür çayının Surra məntəqəsində 21, Şirvanda 22, Salyanda 13, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 44 sm artım qeydə alınıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 210-290 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]