Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanıb
Bakı, 29 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-170, Kiçik Qafqazın çaylarında 80-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 30 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 117 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Məntəqədə su sərfi 53 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 386, Şirvanda 257, Salyanda 240, Bankədə 211, Araz çayının Novruzlu məntəqəsində isə 144 sm təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]