Çaylarının sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-170 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.
Araşdırmaya görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik baş verməyib. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 12, Salyanda 10 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surrada 403, Şirvanda 283, Salyanda 265, Bankədə 212, Novruzlu məntəqəsində isə 157 sm təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]