Çempionlar Liqası: PSJ "Çelsi"yə, "Real Madrid" "Mançester Siti"yə qalib gəlib
Bakı, 12 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Almaniyada “Bayer” və İngiltərənin “Arsenal” komandaları arasında keçirilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Digər üç görüşdə Norveçin “Budyo Qlimt” klubu evdə Portuqaliya “Sportinq”ini, İspaniya “Real Madrid”i İngiltərənin “Mançester Siti” kollektivini 3 cavabsız qolla üstələyib. Fransanın PSJ komandası isə evdə İngiltərənin “Çelsi” kollektivini 5:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün baş tutan matçlarda Türkiyə “Qalatasaray”ı evdə İngiltərə “Liverpul”unu 1:0, Almaniya “Bavariya”sı İtaliyada “Atalaznta”nı 6:1, İspaniya “Atletiko”su doğma meydanda İngiltərə “Tottenhem”ni 5:2 hesabı ilə məğlub edib. “Nyukasl” (İspaniya) – “Barselona” (İspaniya) matçında isə qalib müəyyənləşməyib – 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]