Çempionlar Liqasında mübarizə aparacaq klub baş məşqçi ilə müqaviləni yeniləyib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Aznur” minifutbol komandası baş məşqçisi Rəcəb Fərəczadə ilə müqavilənin müddətini uzadıb.
Bu barədə AZƏRTAC-a mütəxəssis özü məlumat verib.
Bildirib ki, daha bir mövsüm Bakı təmsilçisinə rəhbərlik edəcək.
Baş məşqçi bu mövsümdə yerli oyunçuları daha çox şans verəcəklərini qeyd edib. O, Mavritaniya millisinin üzvü Mohamed Baqayoko ilə bağlı hələlik rəsmi qərar vermədiklərini söyləyib: “Bildiyiniz kimi, Baqayoko ötən il bizə qoşuldu. Avrokuboklarda komandaya kömək edə bilər. Lakin heyət seçiminə uyğun qərar verəcəyik”.
Qeyd edək ki, “Aznur” ötən mövsüm Azərbaycan çempionatının bürünc medallarını qazanıb.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]