ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XU SZİNTAOYA
Hörmətli cənab Sədr,
Çuandunbey yatağında təbii qazın partlayışı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2003-cü il