Çində çap olunan çoxcildlikdə Azərbaycanın XXI əsr ədəbiyyatına xüsusi fəsil ayrılıb
Pekin, 21 noyabr, AZƏRTAC
Pekin Xarici Dillər Universitetinin (PXDU) professoru Mu Honqyənin elmi rəhbərliyi altında “Yeni əsr Şərq ədəbiyyatı üzrə tədqiqatlar” çoxcildliyi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, 23 cildlik kitabda Asiya ölkələrinin XXI əsr ən müasir ədəbiyyatı üzrə tədqiqatlar toplanıb. Çoxcildlikdə ən müasir Azərbaycan ədəbiyyatına xüsusi fəsil ayrılıb. Fəslin müəllifləri PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və Azərbaycan dili ixtisası üzrə təhsil almış, Çin Siyasi Elmlər və Hüquq Universitetinin doktorantı Hu Aycinqdir. Azərbaycana aid fəsildə XXI əsr Azərbaycan ədəbiyyatının əsas cərəyanları araşdırılıb, yazıçı və şairlərin yaradıcılığı barədə məlumat verilib. Fəsildə ənənəvi janrlarda yazılan roman və hekayələrə, ən müasir Azərbaycan ədəbiyyatında realizm və postmodernizm cərəyanlarının inkişaf istiqamətlərinə, yeni əsr Azərbaycan poeziyasının ümumi mənzərəsinin təsvirinə, xüsusilə çağdaş Azərbaycan poeziyasında müharibə və qəhrəmanlıq mövzularının təhlilinə geniş yer ayrılıb.
Qeyd edək ki, çoxcildlik Çin Xalq Respublikası Humanitar Elmlər Fondunun əsas qrantına layiq görülüb. Bu qrant Çində humanitar elmlər sahəsində ən yüksək və prestijli elmi nailiyyətdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]