Çində uşaq bağçasına bıçaqlı hücum zamanı 6 nəfər ölüb
Pekin, 10 iyul, AZƏRTAC
Çinin cənubundakı Quandın vilayətində naməlum şəxsin bıçaqla uşaq bağçasına hücumu nəticəsində ən azı 6 nəfər ölüb, bir nəfər xəsarət alıb.
AZƏRTAC polisin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 7:40 radələrində Liencian şəhərinin Henşan qəsəbəsində baş verib. Ölənlər arasında uşaqların olması barədə hələ məlumat yoxdur.
Hücumu törətməkdə şübhəli bilinən 25 yaşında kişi saxlanılıb. Hələlik hadisənin motivləri bilinməsə də, polisin açıqlamasında hücumun qəsdən törədildiyi vurğulanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]