Çinin “Bir kəmər, bir yol” təşəbbüsü iştirakçısı ölkələrlə əmtəə dövriyyəsi artıb
Bakı, 14 iyul, AZƏRTAC
Çinin 2023-cü ilin birinci yarısında “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrlə əmtəə dövriyyəsi 9,8 faiz artıb və bu göstərici ölkənin ümumi ticarət artımından 7,7 faiz çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin rəsmi Sinxua agentliyi məlumat yayıb.
Çinin Baş Gömrük Administrasiyası və Dövlət Şurasının İnformasiya İdarəsinin birgə mətbuat konfransında açıqlanan məlumatlara görə, “Bir kəmər və bir yol” boyunca yerləşən ölkələrlə əmtəə dövriyyəsi Çinin 20,1 trilyon yuan (təxminən 2,8 trilyon ABŞ dolları) olan ümumi idxal və ixrac dəyərinin 34,3 faizini təşkil edib.
Məlumatda qeyd edilib ki, eyni zamanda, hesabat dövründə Çinin Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq təşəbbüsünün digər üzvləri ilə əmtəə dövriyyəsində illik 1,5 faiz artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]