Çinin xarici ticarəti 2,9 faiz çoxalıb
Pekin, 14 iyul, AZƏRTAC
Çinin xarici ticarəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə milli valyuta ifadəsində 2,9 faiz artaraq 21,79 trilyon yuana (təxminən 3,05 trilyon ABŞ dolları) çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şurasının İnformasiya Ofisində keçirilən mətbuat konfransında Çinin Baş Gömrük Administrasiyasının rəsmiləri məlumat veriblər.
Hesabat dövründə Çinin ixracı 7,2 faiz artıb, idxalı isə 2,7 faiz azalıb.
Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [19:04]
Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb
- 21.08.2026 [17:59]
Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb
- 21.08.2026 [16:55]
Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq
- 21.08.2026 [16:45]
Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib
- 21.08.2026 [16:34]
Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb
- 21.08.2026 [16:30]
Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb
- 21.08.2026 [16:27]
Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb
- 21.08.2026 [15:58]