Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29: Bakı iqlim dəyişikliyi ilə mübarizədə dünyanı həmrəyliyə səsləyəcək

COP29: Bakı iqlim dəyişikliyi ilə mübarizədə dünyanı həmrəyliyə səsləyəcək

Bakı, 26 avqust, AZƏRTAC

İqlim dəyişikliyi XXI əsrin ən böyük problemlərindən biridir. İstixana qazlarının atmosferdəki konsentrasiyasının artması nəticəsində meydana gələn istixana (parnik) effekti, yəni günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulması, qlobal istiləşmə ekosistemlərdə, insan sağlamlığında və iqtisadiyyatlarda ciddi fəsadlar yaratmaqdadır. Bəşəriyyətin həmin böhranla mübarizə aparmaq və onun dağıdıcı təsirlərinin qarşısını almaq üçün 2100-cü ilədək qlobal temperatur artımını 2ºC altında saxlamaq kimi vacib məqsədi var. Bu məqsədə çatmaq üçün Paris İqlim Sazişi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən maksimum 1,5°C-yə qədər məhdudlaşdırmağı nəzərdə tutur.

Yer kürəsinin qlobal probleminə Cənubi Qafqazdan baxış

Təbii ki, bəşəriyyəti təhdid edən qlobal iqlim dəyişikliyi ilə mübarizədən qalib ayrılmaq tək bir ölkənin bacaracağı, nailiyyət əldə edə biləcəyi iş deyil. Bunun üçün bütün ölkələrin həmrəyliyi və üzərlərinə düşən öhdəliyi yerinə yetirmələri olduqca vacibdir. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) böyük əhəmiyyət daşıyır. Hər il dünya ölkələri bir araya gələrək planetdə canlı aləmi təhdid edən bəlaya qarşı effektiv mübarizə üçün müzakirələr aparır, təkliflər irəli sürür, öhdəliklər müəyyən edirlər. Hər il bir ölkədə keçirilən COP tədbirlərinə bu il Azərbaycan ev sahibliyi edəcək. Sayca 29-cu sessiyanın keçiriləcəyi Bakı şəhəri təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynayacaq.

Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev AZƏRTAC-a bildirib ki, qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişmələrinin fəsadları ilə üzləşən Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Belə ki, ölkəmiz dünya düzəninə müsbət toxunuşlar etməyə cəhd edən, ekoloji prosesləri müsbətə doğru dəyişməyə çalışan azsaylı ölkələr sırasındadır. Ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Həmçinin Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə COP29 beynəlxalq tədbirinə verilən dəyərin, o cümlədən yaşıl və sağlam gələcək naminə atılan addımların bariz nümunəsidir.

Əsas hədəf: Qlobal temperatur 2100-cü ilədək 2ºC altında saxlanılmalıdır

İqlim dəyişikliyinin qlobal temperaturun artmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına, anomal hava şəraitlərinə və bioloji müxtəlifliyin azalmasına səbəb olduğunu deyən Ramiz Kəlbiyev fikirlərinə belə davam edib: “İqlim dəyişikliyi, eyni zamanda, qlobal ərzaq təhlükəsizliyini təhdid edir və su resurslarının azalmasına gətirib çıxarır. Əgər həmin proses nəzarətsiz qalarsa, bəşəriyyətin və Yer kürəsinin gələcəyi üçün fəlakətli nəticələr qaçılmaz olacaq”.

Onun sözlərinə görə, 2015-ci ildə qəbul edilən Paris İqlim Sazişi iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin əsas hüquqi çərçivəsini təşkil edir. Sazişin əsas məqsədi, qlobal istiləşmənin sənayedən əvvəlki səviyyədən 2ºC-dən çox artmasının qarşısını almaq və həmin artımı 1,5°C ilə məhdudlaşdırmaqdır. Bunun üçün ölkələr öz milli iqlim planlarını (Nationally Determined Contributions - NDCs) hazırlayır və həmin planlar çərçivəsində istixana qazı emissiyalarını azaltmaq, enerji səmərəliliyini artırmaq, bərpaolunan enerji mənbələrinə (BOEM) keçid etmək və meşəlik əraziləri qorumaq üzrə öhdəliklər götürürlər. Ölkəmizdə BOEM istifadə olunmaqla nəhəng layihələr həyata keçirilir.

Paris İqlim Sazişi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi məsələsinə xüsusi diqqət yetirir. Saziş hər bir ölkənin iqlim dəyişikliyinə töhfəsini və onu azaltmaq üçün fərqli imkanlarını nəzərə alaraq ədalətli keçidin təmin edilməsini tələb edir. İnkişaf etmiş ölkələr, maliyyə və texnologiya sahələrində inkişaf etməkdə olan ölkələrə dəstək verməyi öhdəlik kimi qəbul ediblər.

Mütəxəssis qeyd edib ki, Sazişin uğurla həyata keçirilməsi üçün bir neçə əsas strategiya var. İlk növbədə, istixana qazı emissiyalarının azaldılması və karbon neytrallığının təmin edilməsi prioritetdir. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması və enerji səmərəliliyinin təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, karbon tutulması və saxlanması (CCS) texnologiyalarının inkişaf etdirilməsi, meşəlik ərazilərin qorunması və yenidən meşələndirilməsi tədbirləri də mühüm rol oynayır.

Qısacası, 2100-cü ilədək qlobal temperaturun 2ºC altında saxlanılması, iqlim dəyişikliyi ilə mübarizədə dünya ictimaiyyətinin əsas hədəfidir. Paris İqlim Sazişi, həmin məqsədin reallaşdırılması üçün qlobal səviyyədə ortaq fəaliyyətlərin həyata keçirilməsini təmin edir. İqlim dəyişikliyi ilə mübarizədə uğur qazanılması, yalnız həmin strategiyaların effektiv şəkildə həyata keçirilməsi və bütün ölkələrin ədalətli və bərabər şəkildə məsuliyyət götürməsi ilə mümkün olacaq. Həmin məqsədə çatdıqda bəşəriyyət daha sağlam, davamlı və təhlükəsiz bir gələcək qura biləcək. Respublikamız da həmin sahədə böyük irəliləyiş əldə edib. Günəş, külək enerjisi sahəsindəki layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir.

Məqsədə çatmaq üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır

ADA Universitetinin müəllimi, yaşıl enerji üzrə ekspert Orxan Kərimzadə də mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, iqlim dəyişikliyi mövzusunda qlobal temperaturun 2100-cü ilə qədər 2ºC altında saxlanılması insanlığın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Paris İqlim Sazişi ilə razılaşdırılan həmin hədəf, dünyadakı bütün ölkələrin diqqət mərkəzindədir. Hədəfə nail olmaq üçün qlobal səviyyədə fəaliyyətlər intensivləşdirilməli və hökumətlər, korporasiyalar, qeyri-hökumət təşkilatları ilə yanaşı, fərdi vətəndaşlar da həmin prosesi dəstəkləməlidir. Ancaq həmin hədəfin niyə vacib olduğunu və sadə vətəndaşların həyatına necə təsir göstərə biləcəyini aydınlaşdırmaq çox mühümdür.

Həmsöhbətimiz qeyd edib ki, bəzi insanlar üçün iqlim dəyişikliyi abstrakt problem kimi görünə bilər. Bununla belə, 2ºC hədəfinin niyə bu qədər əhəmiyyətli olduğunu başa düşmək, həm fərdi, həm də kollektiv səviyyədə daha çox addım atmağa ilham verə bilər. Qlobal temperatur 2ºC-dən yuxarı qalxarsa, ekstremal hava hadisələri, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemləri də artacaq. Bu, yalnız ekosistemlər üçün deyil, həm də iqtisadiyyat üçün böyük təhdidlər yaradacaq. Su ehtiyatları tükənə, qida təhlükəsizliyi pozula, bir çox regionlarda isə məcburi köçkünlük halları arta bilər. Həmin problemlərin qarşısını almaq üçün qlobal temperaturun 2ºC altında saxlanılması məqsədi strateji və vacib addımdır.

Bu istiqamətdə sadə vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi çox vacibdir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolu olduğunu vurğulamaq, onlara enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyin əhəmiyyətini izah etmək lazımdır. Bununla yanaşı, iqlim dəyişikliyinə uyğunlaşmaq və davamlılıq yaratmaq üçün milli səviyyədə strategiyalar hazırlanmalı, enerji sektorunda təmiz texnologiyaların istifadəsi genişləndirilməli və istixana qazı emissiyalarının balansını təmin etmək üçün daha effektiv tədbirlər görülməlidir.

“İqlim dəyişikliyinin təsirlərinə qarşı davamlılığı yaratmaq, yalnız hökumətlər və böyük təşkilatların üzərinə düşən bir məsuliyyət deyil”, - deyən Orxan Kərimzadə onu da əlavə edib ki, bu, cəmiyyətin hər bir fərdinin dəstəkləyəcəyi kollektiv səydir. Qlobal istiləşməni 2ºC altında saxlamaq üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır. Bu hədəfin əhəmiyyətini başa düşmək və sadə vətəndaşların gündəlik həyatlarında həmin məqsədlərə uyğun hərəkət etmələri uzunmüddətli olaraq iqlim dəyişikliyi ilə mübarizədə qələbə qazanmağın açarıdır.

Kiçik addımlarla böyük nəticələrə səbəb ola bilərik

Göründüyü kimi, qlobal temperaturun 2ºC yuxarı qalxması ətraf mühitin bütün komponentlərinə mənfi təsir göstərəcək ki, bu da planetdə canlı aləmin mövcudluğunu təhlükə altında qoyacaq. Odur ki, cəmiyyət olaraq, fərd olaraq ən kiçik addımlarla böyük nəticələrə, müsbət dəyişiklərə səbəb ola bilərik. Bakının ev sahibliyi edəcəyi COP29 tədbiri də məhz hər birimizin dünyamız üçün ata biləcəyi addımları önə çıxarmaq və birgə mübarizəmizin qələbəsini aşılamaq məqsədi daşıyır. Sevindirici haldır ki, bir neçə aydan sonra hər kəs problemlərə Azərbaycanın gözü ilə baxacaq, proqnozlaşdırılan təhlükələrə qarşı mübarizədə planet sakinlərinə ölkəmizdən çağırışlar ediləcək. Odur ki, bu il nəhəng ölkələrin, dünya ictimaiyyətinin Yer kürəsini gələcək bəlalardan xilas etməsi üçün Azərbaycanı mərkəz seçməsi hər birimizin məsuliyyətini daha da artırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər