COVID-19 vaksini dünyada doqquz yeni milyarder meydana gətirib
Bakı, 22 may, AZƏRTAC
Koronavirus vaksini istehsalı ilə əczaçılıq kompaniyalarının qazanclarının artması nəticəsində dünyada doqquz yeni milyarder meydana gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat müxtəlif hüquq müdafiə, humanitar və tibb təşkilatlarının daxil olduğu “The People's Vaccine Alliance” hərəkatının məruzəsində yer alır.
Yeni milyarderlər sırasına ABŞ-ın “Moderna” kompaniyasının dörd nümayəndəsi - Baş direktor Stefan Bansel, həmtəsisçi Nubar Afeyan, həmçinin sərmayəçilər Timoti Springer və Robert Langer daxil olub. Siyahıda, həmçinin “BioNTech” kompaniyasının rəhbəri Uğur Şahin, İspaniyanın “Rovi” əczaçılıq kompaniyasının Baş direktoru Huan Lopes-Belmonte və Çinin “CanSino Biologics” kompaniyasının üç həmtəsisçisi yer alıb.
Yeni milyarderlərin varidatının ümumi həcminin 19,3 milyard dollara çatdığı bildirilir.
Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 166 milyon 513 min yoluxma və 3 milyon 458 min ölüm faktı qeydə alınıb, 147 milyon 304 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]