Cüdo üzrə lisenziya xarakterli turnirlərin müddəti uzadılıb
Bakı, 11 mart, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusun yayılması səbəbindən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salsa da, təsnifat dövrünü uzadıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, lisenziya xarakterli turnirlər iyunun 30-na qədər davam edəcək. Bu barədə İJF-in İcraiyyə Komitəsinin martın 10-da keçirilən iclasında məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası bundan əvvəl Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-prilərinin baş tutmayacağı barədə məlumat yayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]