Cüdoçularımız Avropa kuboku yarışlarında uğurla çıxış ediblər
Bakı, 17 may, AZƏRTAC
Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin mötəbər turnirdə çıxışı uğurlu alınıb. Cüdoçularımız 4 medal qazanaraq çempionatı ikinci yerdə tamamlayıblar.
Cüdoçularımız Hidayət Heydərov (73 kq), Zeym Kotsiyev (100 kq) qızıl, Rasim Əlməmmədov (60 kq) gümüş, Tural Səfquliyev (90 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Orenburqda təşkil olunan Avropa kuboku yarışlarında 19 ölkədən 261 idmançı medallar uğrunda mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]