Culfa rayonunda yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb
Culfa, 28 mart, AZƏRTAC
Muxtar respublikanın Culfa rayonunda fəaliyyət göstərən və sahibkar Cəfər Əhmədova məxsus olan “Təbiət” göbələk istehsalı müəssisəsində yeməli göbələk növlərindən olan şampinyon və yeni sort olan asılqan göbələyi yetişdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Bu göbələklərin üstünlüyü ondadır ki, onların istehsalı zamanı heç bir kimyəvi preparatdan istifadə olunmur. 400 qramlıq taralarda qablaşdırılan məhsullar, əsasən, daxili bazarda satılır. Gələcəkdə isə müəssisənin genişləndirilməsi və becərilən məhsulun ixracı da nəzərdə tutulub.
Qeyd edək ki, göbələk orqanizm üçün olduqca faydalıdır. Onun tərkibi vitamin və mineral maddələrlə zəngindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:24]
Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
- 14.10.2026 [18:07]
Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 14.10.2026 [17:59]