Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyət dövründə ordu quruculuğu: Azərbaycan Ordusunun keçdiyi şanlı tarixi yol - Araşdırma

Cümhuriyyət dövründə ordu quruculuğu: Azərbaycan Ordusunun keçdiyi şanlı tarixi yol - Araşdırma

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-da 2020-ci ilin Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edən müzəffər Azərbaycan Ordusunun qurulmasının 105-ci ildönümüdür. İşğal altındakı torpaqlarımızı azadlığa qovuşduran Prezident, Ali Baş Komandan İlham Əliyev komandanlığı altındakı şanlı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Qələbə beynəlxalq aləmdə və regionda ölkəmizin gücünü və rolunu daha da artırdı. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi onun ordusunun gücünün, rəşadətinin, xalqın birliyinin, eyni zamanda, Ali Baş Komandanın sərkərdəlik və liderlik qabiliyyətinin təzahürüdür. Prezident İlham Əliyevin Ali Baş Komandanı olan Silahlı Qüvvələrimiz Vətən müharibəsi tariximizdə yeni-yeni qəhrəmanlıq səhifələri açdı. Bu müharibədə dünya dövlətləri, Türk dünyası, Vətən və xalq onun bayrağını ucaldan tarixin nadir yetişdirdiyi Prezident İlham Əliyev kimi həqiqi vətənpərvər, Vətəninə və xalqına ürəkdən bağlı dahi şəxsiyyətin inamına, əzminə, liderliyinə və qətiyyətinə bir daha şahid oldu.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin(STM) sektor müdiri Əfqan Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu: Azərbaycan ordusunun keçdiyi şanlı tarixi yol” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsində Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı olduğu vurğulanır. Bu məqsədlə də o, özünün silahlı qüvvələrini yaratmalıdır. AXC hökumətinin prioritet vəzifələrindən biri ölkənin təhlükəsizliyinin təminatçısı olan ordu yaratmaq və onu formalaşdırmaqdan ibarət idi. Bu məqsədlə 1918-ci il mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC-nin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. AXC yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da AXC ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi baza formalaşdı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

AXC Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş tatar süvari alayının əsgərlərindən təşkil edilən və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi - 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycanın 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. AXC hökuməti Gəncəyə gəldiyi dövrdə 600 nəfərdən ibarət olan könüllü birliyi mövcud idi. Ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində 23 ayda 30 min əsgərdən ibarət nizami ordu quruldu.

Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında 1918-ci il iyunun 4-də imzalan müqaviləyə əsasən, ölkəmizə Qafqaz İslam Ordusu adı ilə hərbi qüvvə göndərildi. Bu ordunun məramları arasında Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına kömək etmək məsələsi də yer alırdı. Bu məqsədlə Azərbaycan hökuməti və Qafqaz İslam Ordusu zabitlərinin təşəbbüsü ilə 1918-ci ildə Bakı işğalda olduğu vaxtlarda Gəncədə Azərbaycan ordusuna zabit yetişdirmək üçün 250 nəfərin təhsil aldığı “Zabit-vəkili” adlı hərbi məktəb açılmışdı. Məktəbə rəhbərlik Qafqaz İslam ordusu zabiti Atıf bəyə həvalə edilmişdi. Qafqaz İslam Ordusu və Azərbaycan ordu bölmələrinin başladığı uğurlu hücum əməliyyatları ilə Azərbaycanın bir çox əraziləri, o cümlədən Bakı şəhəri düşmən qüvvələrdən azad edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan ordusunun bölmələrinin Bakıya daxil olub asayişi təmin etməsindən sonra şəhər AXC-nin paytaxtı elan olundu və AXC hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü.

1919-cu il fevralın 28-də keçirilən iclasda Hərbi Nazirlik, onun struktur və maaş büdcəsi müzakirə edildi. Layihəni parlamentdəki hərbi komissiyanın üzvü Qara Bəy Qarabəyov təqdim etmiş, daha sonra Hərbi Nazir Səməd bəy Mehmandarov ordu quruculuğu sahəsində görülən işlər haqqında məruzə etmişdi. Azərbaycan ordusunun hərbi geyimləri üçün istifadə edilən parçalar Şuşadakı fabrikdə emal olunurdu. Azərbaycan ordusunun ilk rəsmi zəfəri Muğanı və Lənkəranı azad etməsi idi. 1919-cu ilin sentyabrında çar polkovniki Alekseyevin 500 süvari dəstəsi və altı batareyasına qarşı Azərbaycan ordusunun başladığı hərbi əməliyyata general Həbib bəy Səlimov rəhbərlik etmişdi. 1919-cu il sentyabrın 19-da Mehmandarov və Həmid Qaydabaşı tərəfindən imzalanan 420 saylı əmirnamə əsasında həyata keçirilən hərbi plan zəfərlə nəticələnmiş, Muğan və Lənkəran azad edilmişdi. 1919-cu ildə Azərbaycan Hərbi Nazirliyi erməni Dronun rəhbərliyindəki birliklərin hücumlarına məruz qalan Əskəran-Zəngəzur bölgəsinə Cavad paşa Şıxlı komandanlığında ordu qüvvələri göndərmişdi. Azərbaycan ordusunun başlatdığı hücum nəticəsində 12-13 gün ərzində həmin ərazilər ermənilərdən azad edilmiş, eyni zamanda, Şuşa və Xankəndi mənfur qüvvələrdən təmizlənmişdi. Bu qələbənin ardınca Azərbaycan ordusu 1920-ci il martın 22-də Bakıda hərbi parad keçirmişdi.

1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra Azərbaycanın Hərbi Nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdi.

Bolşevik işğalını və yeni qurulan Şura hökumətini qəbul etməyən antisovet üsyanlarının təşəbbüskarları Gəncədəki milli ordu qüvvələri olub. Onlar Sovet hakimiyyətinin ilk ayında qızıl ordu hissələrinə qarşı silahlı çıxışlara başladılar. 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı. Üsyanda bolşevik ordusu minlərlə itki verdi. Üsyançıların arasında görkəmli ictimai-siyasi xadimlər var idi: general-mayor Məmməd Mirzə Qacar, general-mayor Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov qətlə yetirildi. Həbs edilmiş məşhur generallar Şıxlinski və Mehmandarov sonradan Nəriman Nərimanovun təkidi sayəsində azad edilsələr də, ümumilikdə ruslara qarşı çıxan üsyançıları tutub XI Ordu qərargahına gətirilərək sorğu-sualsız güllələdilər. O zaman Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi. Gəncə üsyanını amansızlıqla yatırmış bolşevik ordusu artıq əsas qüvvəsini Qarabağ cəbhəsinə yönəltmişdi. İyunun 9-da Levandovski irimiqyaslı əməliyyata başlamaq haqqında əmr imzaladı. Şteygerin 32-si diviziyasına, zirehli avtomobil, müsəlman-fəhlə dəstələrinə, Velikanovun 20-ci diviziyasının 1-ci briqadasına, Vodopyanovun 2-ci süvari korpusuna, Lunkeviçin aviasiya dəstəsinə Yevlaxdan və Bərdədən hücuma keçib Tərtər-Lənbəran xəttini tutmaq tapşırıldı. Krivonosun 94-cü atıcı briqadası Gəncə-Şamxor yolunu kəsdi. Goran stansiyasına nəzarət gücləndirildi. Gorus tərəfdə isə Dronun və Njdenin daşnak dəstələri dayanmışdı. Beləliklə, üsyançıları Ağdamdan və Şuşadan çıxarmaq, Araza doğru sıxışdırıb məhv etmək planlaşdırılırdı.

Əməliyyat iyunun 10-da səhər saatlarında başlandı. Həlledici rolu güclü sovet artilleriyası və xüsusilə Lunkeviçin aviasiya dəstəsinin bombardmanları oynadı. Azərbaycanlıların Şəki və Tatar alaylarının, kapitan Abdulla bəy Yansupovun dağ batareyasının hissələri Ağdama tərəf çəkildi. Döyüşlərin 3-cü günü, iyunun 12-də axşam bolşeviklər Ağdama girdilər. Şəhərin sağ qalmış müdafiəçiləri İranla sərhəd Cəbrayıl qəzasına sıxışdırıldılar. Milli Ordu döyüş hissələrinin müqavimət gücünü itirdiyini bilirdi. Buna baxmayaraq, ciddi müqavimətlə qarşılaşan bolşevik qoşunlarının Şuşaya çatması üçün daha 3 gün lazım oldu. XI ordu hissələri iyunun 14-də Xankəndini tutdu, 15-də Şuşaya girdi. Qarabağda repressiyaların ikinci və daha ağır dalğası - kütləvi həbslər, qətllər başladı. 1920-ci iyunun 15-16-da Bərdədə, Şuşada, Ağdamda, Qaryagində iki həftədən çox davam edən döyüşlərdə Qarabağ dəstəsi şəxsi heyətinin 80 faizə qədərini itirdi. Sağ qalanlar son dəfə Arazın sahilində toplaşdılar. Burada Vətən bitir, "32-lərin dastanı” da sona yetirdi. Onlar silahlarını götürüb Arazı keçdilər, İrandan Türkiyəyə üz tutdular və orada Mustafa Kamal Paşanın ordusuna qoşularaq Türkiyənin istiqlal savaşında iştirak etdilər.

Hələ XX əsrin 1970-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması Ulu Öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Ümummilli Liderin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı səkkizillik internat məktəbinin bazasında diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi ilə desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatdı. 1997-ci il noyabrın 24-də Azərbaycan Prezidentinin Sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordunun formalaşmasında, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldular. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif edildi, 8 nəfəri isə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.

Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyə və dövlətçiliyə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-də Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət daşıyan yüksəklikləri düşməndən azad etdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Qərarına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan edildi. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Ulu Öndər bu Fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə deyirdi: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik".

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 milyard ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbçilərin maaşlarının artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və sair, hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. Ordu “İldırım” və modernləşdirilmiş S-125, “РМ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi zenit-raket sistemləri, S-31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriya və minaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “Super Muşşak”, L-39 təlim-döyüş təyyarələri, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “АEROSTAR”, “HERON”, “ORBİTER”, yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatları (PUA), eləcə də açıqlanması məqsədəuyğun olmayan digər hərbi döyüş vasitələri ilə təmin olunub. Ən əsası, bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri hazırlanıb. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən Ordumuz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimum səmərəli şəkildə icra etmək gücünə və imkanına malikdir. Bunu 2016-cı ildəki Aprel döyüşləri də sübuta yetirdi. Beşgünlük müharibə ermənilərin miflərini və utopiyalarını alt-üst etdi. Erməni ordusu Qafqazın ən güclü silahlı qüvvələri qarşısında aciz qaldı.

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin xarici hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan, inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir.

Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir, dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına təkan verir. Prezident, Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla, xalq-ordu birliyini daha da möhkəmləndirir.

Azərbaycan Ordusunun 2016-cı ilin aprelin əvvəllərində Qarabağda və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyatlarda düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji yüksəkliklər azad edildi. Vətən müharibəsi isə Azərbaycan Ordusunun gücünü və əzmini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi üçün Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat dünya hərb tarixinə yazıldı. Qələbə münasibətilə Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir. Ordu quruculuğuna fasiləsiz, dönməz diqqət var. Hərbi qulluqçuların vəzifə maaşlarının mütəmadi olaraq artırılması bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA