Dağ çaylarında sululuq artmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda dağ çaylarında normadan artıq sululuq müşahidə olunmuşdur. Belə ki, Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 170-260, Böyük Qafqazda 90-190, Kiçik Qafqazda 120-125, Naxçıvan MR çaylarında isə 100-110 faizini təşkil edir.
Araşdırmaya görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 155 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 121 kubmetrdir.
Son bir həftə ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 20, Şirvanda 20, Salyanda 23, Bankədə 14, Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetr azalmışdır.
Buna baxmayaraq, hazırda bütün məntəqələrdə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]