İQTİSADİYYAT
Dağıstandan Bakıya aviareyslər açılır
Moskva, 20 iyun, AZƏRTAC
Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Maxaçqaladan Bakıya reyslər həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.
Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-nə nəzərdə tutulub. Biletlər artıq satışdadır.
Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]