Dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacaqdır
Bakı, 7 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı, axşama doğru yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz müsbət 4-8 dərəcə, dağlarda gecə 4-8 dərəcə şaxta olacaq, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək yüksələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]