Daha bir Azərbaycan idmançısı gümüş medal qazanıb
Zrenyanin, 11 mart, AZƏRTAC
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Yusif Dursunov (125 kiloqram) finalda rusiyalı Həbib Davudqadjiyevlə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bununla da Yusif gümüş medal əldə edib.
Qeyd edək ki, Azərbaycan daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kiloqram) qızıl medal qazanıb. Ceyhun Allahverdiyev (61 kiloqram), Vasif Bağırov (57 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) bürünc medal əldə ediblər.
Müxbir: Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]