Daha bir küçədə xüsusi avtobus zolağının təşkili işləri yekunlaşıb
Bakı, 8 avqust, AZƏRTAC
Daha bir küçədə xüsusi avtobus zolağının təşkili işləri yekunlaşıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Zivər bəy Əhmədbəyov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.
Məlumat üçün bildirilir ki, Zivər bəy Əhmədbəyov küçəsindən gün ərzində ümumilikdə 7 müntəzəm marşrut xətti üzrə 110-a yaxın avtobus keçir.
Zolağın tələbinə əməl etməklə siz gün ərzində orta hesabla 90.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradacaqsınız.
Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk.