Daha iki paracüdoçumuz yarımfinala yüksəlib
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan idmançıları Afaq Sultanova və Sevda Vəliyeva Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəliblər.
AZƏRTAC xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan A.Sultanova ilk mərhələdən azad olub. O, dörddəbir final mərhələsində rusiyalı cüdoçu Nataliya Ovçinnikovanı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Səkkizdəbir final mərhələsində ABŞ idmançısı Marissa Arndtı məğlub edən S.Vəliyeva isə növbəti görüşdə Özbəkistan cüdoçusu Parvina Samandarovaya qalib gələrək yarımfinala adlayıb.
Finala gedən yolda cüdoçularımızın rəqibi Braziliya idmançıları olacaq. Belə ki, A.Sultanova Lusia Araujo, S.Vəliyeva isə Maria Nubea Dos Santos Linslə mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:18]
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
- 23.09.2026 [16:04]
Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]
Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik
- 23.09.2026 [13:58]