Daşkəsənlilər Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla anmışlar
Daşkəsən, 25 fevral (AZƏRTAC). Daşkəsəndə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş mərd oğullarımızın uyuduğu Şəhidlər xiyabanından başlamışdır.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxumuşlar. Sonra yerli rəssamların və məktəblilərin Xocalı soyqırımını əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.
Mərasim rayon icra hakimiyyətində davam etdirilmişdir. Çıxış edənlər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni şovinistlərinin Xocalıda törətdikləri dəhşətləri bəşər tarixinin ən qəddar hadisəsi adlandırmış və bu faciəni törədənlərin tezliklə öz layiqli cəzalarını almalarını tələb etmişlər.
Sonra rayon məktəblilərinin ifasında Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]