Azərbaycan Dövlət İnformasiya Agentliyi

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib VİDEO

Bakı, 4 aprel, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 4-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar ünvanlanıb.

O, Azərbaycana qarşı ilk döyüşlərə “Daşnak taboru” adlandırılan “Şuşa əlahiddə taboru”na qoşularaq başladığını bildirib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman xidmət etdiyi taborda Azərbaycan Respublikasına qarşı döyüşdüyünü və hücum zamanı silahdan istifadə etdiyini də etiraf edib.

D.Manukyan Birinci Qarabağ müharibəsi zamanı “Daşnak taboru”nun tərkibində Ağdərə rayonunda, 15 gün isə Kəlbəcər rayonunda döyüşlərdə iştirak etdiyini deyib.

O bildirib ki, sonralar “Şuşa taboru”nda tağım komandiri, bölük komandiri, qərargah rəisi olub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq isə qeyd edib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərilib.

O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: “Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bu, Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi”.

Təqsirləndirilən şəxs general-mayor rütbəsini Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə aldığını bildirərək vurğulayıb: “Mənə rütbəni 2020-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri günündə prezident iqamətgahında prezident Armen Sarkisyan təqdim etdi”.

Onun sözlərinə görə, daha sonra Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə qondarma rejimin “ordusu”nda “komandanın 1-ci müavini” (döyüş hazırlığı üzrə) vəzifəsinə təyin olunub. O, 2020-ci ildə 44 günlük müharibə zamanı həmin vəzifədə olduğunu, göstərişləri “müdafiə naziri” Cəlal Harutyunyandan aldığını bildirib.

David Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yerləşən “qərargah”ın aşağı mərtəbəsində ehtiyat komanda məntəqəsi yaradıldığını da bildirərək deyib: “Tapşırıq bu idi ki, komanda məntəqəsi məhv ediləcəyi təqdirdə, vəzifələrini müvəqqəti üzərinə götürəcəkdi”.

Təqsirləndirilən şəxs 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin 99192 saylı hərbi hissəsinin “Cəsurlar dəstəsi” adlı üçüncü bölüyünün həmin vaxt işğal altında olan Azərbaycan ərazilərinə gəlməsindən də danışıb: “Həmin bölük 2020-ci il oktyabrın 11-də Ermənistanda formalaşdırılıb və Qarabağa “ordu” komandirinin tabeçiliyinə göndərilib. Komandir dedi ki, maraqlan. Mən qeyd olunan yerə getdim. Orada müxtəlif yaşlı və müxtəlif peşələrdən 90 nəfər var idi. Həmin bölmənin maliyyələşməsini Ermənistan həyata keçirirdi. Müharibədən sonra “bölük komandiri” yanıma gəldi. Əlində iki siyahı var idi: 90 və 20 nəfərlik. Dedi ki, 90 nəfərin hamısını olmasa da, azı 20 şəxsi mükafatlandıraq...”.

O, 44 günlük müharibədən sonra qondarma rejimin “ordusu”nda ixtisarlar aparıldığını təsdiqləyib, lakin bunun səbəbi barədə danışmayıb. Daha sonra isə qeyd edib: “Mən 2021-ci ilin sonlarında Ermənistan prezidentinin əmri ilə “ordu”dan ehtiyata buraxıldım”.

Təqsirləndirilən şəxs Ağdərədə “hərbi hissə komandiri” olarkən Ermənistan prezidenti Robert Köçəryan tərəfindən “İkinci dərəcəli döyüş xaçı” medalı ilə təltif olunduğunu da deyib.

Həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun “müdafiə naziri”ni Ermənistan Respublikası təyin edirmiş.

D.Manukyan qondarma rejimin “prezidenti”nin “müdafiə naziri” təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha sonra bildirib: “Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq, “müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.

Təqsirləndirilən şəxs qondarma rejimin “ordusu”nda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini diqqətə çatdırıb.

O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib. Eyni zamanda, Ermənistandan vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlərin və digər hərbi qulluqçuların göndərildiyini bildirib.

D.Manukyan ehtiyata qondarma rejimin “ordusu”ndan buraxıldığını, lakin təqaüdü qeydiyyatda və vətəndaşı olduğu Ermənistan Respublikasından aldığını da etiraf edib.

Təqsirləndirilən şəxs “komandir”i olduğu “Ağdərə rayonunun 7-ci müdafiə xətti”nin hərbçilərinin Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mina basdırdıqlarını da etiraf edərək deyib: “Səhv eləmirəmsə, PMN-1 minaları idi”.

O, həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin uzaqmənzilli ballistik raketi olmayıb.

D.Manukyan 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.

O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hazırda Azərbaycanda həbsdə olan və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Ruben Vardanyanla münasibətləri barədə də danışıb və Vardanyanın 2023-cü il sentyabrın 27-də onun avtomobilində Azərbaycanı tərk etmək istəyərkən saxlanıldığını bildirib. “Beş nəfər idik, söhbət edirdik, Vardanyan da orada idi. Dedim sən nə ilə gedəcəksən? Çiynini çəkdi. Soruşdu ki, maşınında yer var? Dedim ki, qonşu qadın da bizimlə getmək istəyir. Həyat yoldaşıma zəng vurub soruşdum ki, qonşu qadının getməsi dəqiqdir? Dedi, yox, onun oğlu maşın tapıb. Vardanyana dedim ki, maşında bir yer var. Sonra Laçın sərhəd-keçid məntəqəsində saxlanıldıq”, - deyə o əlavə edib.

Daha sonra cinayət işi üzrə sənədlər tədqiq olunub.

Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Düşənbədə BMT-nin 2026-cı il konfransı üçün su gündəliyi hazırlanır

Şuşalı sənətkarın arzusu: İstəyirəm ki, qonaqlar əl işlərimizi xatirə olaraq aparsınlar

Ukrayna Belarusla sərhəddə müdafiəni gücləndirməyə başlayıb

Düşənbədə su ehtiyatları ilə bağlı qlobal təhlükəsizlik riskləri müzakirə olunur

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

Bakı Enerji Forumunun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

NBA: “San-Antonio Spörs” son çempionu üstələyərək seriyanı bərabərləşdirib

Professor: Hər toponimin arxasında tarix, yaddaş və milli kimlik dayanır

Energetika Nazirliyi: “Baku Energy Week” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir

Zaqatala qızılgülünün dünyanı fəth edən ətri - Azərbaycanın efir yağları dünya bazarlarında

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Firudin Qurbanov: Məktəb təhsili dilin qorunmasında və funksional inkişafında əsas rol oynayır

Tanınmış tarzən Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Bu il “Baku Energy Week” də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib

Nazir müavini: Dil dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik məsələsi kimi xüsusi əhəmiyyətə malikdir

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

“Olimpiakos” basketbol komandası 4-cü dəfə Avroliqanın qalibi olub

® Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

İsa Həbibbəyli: Azərbaycan dilinin saflığının qorunması qarşıda duran əsas vəzifələrdəndir

Uqandanın BMT-də daimi nümayəndəsi: Azərbaycan Cənub–Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

Qısaldılmış və natamam iş vaxtı hansı hallarda tətbiq olunur?

İmişlidə baş verən qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama - YENİLƏNİB

® Mərkəzi Gömrük Hospitalının klinik bazasında əcnəbi tələbələr üçün tədris prosesi davam edir

İsa Həbibbəyli: AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır

İsa Həbibbəyli: Son 10 ildə Toponimiya Komissiyası tərəfindən 50-dən çox yaşayış məntəqəsinin adı milli yaddaşa uyğunlaşdırılıb

Yasamalda 3 nəfərin ölümü, 25-nin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Azərbaycanın U-20 millisinin Qəbələ toplanışı üçün heyəti açıqlanıb

AMEA prezidenti: Azərbaycan dilinin qrammatikasının morfologiya bölməsinə dair kitab ilin sonunadək çap ediləcək

Mərakeşin səfiri: Afrika ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm strateji imkanlar mövcuddur

Tariximizin yeni inkişaf mərhələsi

Elçin Babayev: XXI əsrin Afrikası qlobal transformasiyanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir

Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur

Azərbaycanda 40 Afrika ölkəsindən 360-dan çox tələbə təhsil alır

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində Müstəqillik Günü münasibətilə konsert təşkil edilib

Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi 2025-ci ildə 580 milyon ABŞ dollarına çatıb

Son üç il ərzində Azərbaycana gələn Afrika liderlərinin sayı artıb

Nazir müavini: Mərkəzi Afrika Respublikası ilə diplomatik əlaqələrin bu ilin sentyabr ayında qurulması planlaşdırılır

Yalçın Rəfiyev: Azərbaycan üçün Afrika tərəfdaşların, dostların və ortaq hədəflərin qitəsidir

Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Ölkə ərazisində bəzi yerlərdə yağıntılar intensiv olub, Şəkiyə və Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

FHN: Ötən həftə ərzində 179 yanğına çıxış olub, 9 nəfərin meyiti təhvil verilib

Xəzərdə zəlzələ olub

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib

Hindistanda pələng hücumu nəticəsində dörd qadın ölüb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Keçmiş məcburi köçkün: Cəbrayıldan çıxanda 17 yaşım var idi

Cəbrayıl sakini: Hər zaman kəndimizin, evimizin həsrətini çəkmişik VİDEO

Cəbrayıl sakini: Hər zaman kəndimizin, evimizin həsrətini çəkmişik VİDEO

ÜST: Konqo DR-də “Ebola” virusu ilə bağlı vəziyyət ağırlaşır

Keçmiş məcburi köçkün: Qürur hissi ilə övladlarımızla birlikdə rayonumuza qayıdırıq VİDEO

Keçmiş məcburi köçkün: Qürur hissi ilə övladlarımızla birlikdə rayonumuza qayıdırıq VİDEO

NYT: ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılıq əldə ediblər

Braziliyada avtobusla yük maşını toqquşub, azı 8 nəfər ölüb

Böyük Qayıdış: Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb VİDEO

Böyük Qayıdış: Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb VİDEO

Hesabat: Sülhməramlı qüvvələrin sayı son 25 ilin minimumuna düşüb

Antonelli Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olub

“Fox”: ABŞ-İran çərçivə sazişi üzrə razılaşmanın 95 faizi tamamlanıb

WUF13 Cənubi Qafqazda Azərbaycanın davamlı inkişaf və şəhərsalma sahəsində liderliyini daha da gücləndirir ŞƏRH

Rubio: Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək

Füzulidə ildırım bir nəfəri vuraraq öldürüb

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazır olacaq

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Türkiyənin xarici işlər naziri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb

Azərbaycan İstanbulda keçirilən Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

Qətər əmiri: Məsləhətləşmə və koordinasiya regional sabitliyi gücləndirə bilər

Lənkəranda sürücü sükan arxasında ölüb

İsveçdə uşaq zorakılığı ilə bağlı onlarla şübhəli müəyyən edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

“QUMUN 2026” iştirakçıları beynəlxalq qərarqəbuletmə proseslərini simulyasiya ediblər

Nərimanov rayonunda “Opel” markalı avtomobildə yanğın olub

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

“Qarabağ” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Tramp: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

“Real Madrid” 10 futbolçusunu sata bilər

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb